Consondan Netanyahu barədə şok açıqlama - “Tualetimə cihaz qoydu”

saytların hazırlanması

Evə çatdırılma

Consondan Netanyahu barədə şok açıqlama - “Tualetimə cihaz qoydu”

Dünya

04 Oktyabr 2024 01:54 1108


İngiltərənin keçmiş baş naziri Boris Conson İsrailin baş naziri Benyamin Netanyahunu onun tualetinə dinləmə qurğusu qurmaqda ittiham edib.

Teleqraf.com "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, britaniyalı siyasətçi bu barədə öz xatirələrində yazıb .

İddiaya əsasən, bu cihaz tezliklə Britaniya təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib. Dominos pizza

“Conson iddia edir ki, İsrailin baş naziri 2017-ci ildə onun şöbəsinə baş çəkdiyi zaman onun tualetini istifadə etdikdən sonra orada dinləmə cihazları aşkarlanıb" - nəşr qeyd edir.

Eyni zamanda, Conson qəzetə verdiyi müsahibədə baş verənlərlə bağlı təfərrüatlı danışmaqdan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!