COP29-un keçiriləcəyi məkan açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

COP29-un keçiriləcəyi məkan açıqlandı

Rəsmi

15 Aprel 2024 11:16 1415


COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında çıxışı zamanı COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib.

O xatırladıb ki, ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib: Marqarita pizza

"Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib".

Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.

"Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq", - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!