Çörəyin içindən siçan qalıqları tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çörəyin içindən siçan qalıqları tapıldı - Fotolar

Maraqlı

11 May 2024 00:25 4397


Yaponiyada baş verən hadisə ölkəni bir-birinə qatıb.

Yenisabah.az xəbər verir ki, bir neçə paket “Chojuku” markalı dilimlənmiş çörəyin içərisində qara siçan qalıqları aşkar edilib.

Şirkətdən verilən açıqlamada bu çörəkləri yedikdən sonra indiyə qədər heç kimin xəstələnmədiyi bildirilib. Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı açıqlanıb. Pepperoni pizza

"Müştərilərimizə problem yaratdığımıza görə üzr istəyirik. Təkrarlanmanın qarşısını almaq üçün keyfiyyət idarəetmə sistemimizi gücləndirəcəyik", - deyə bəyanatda bildirilir.

Yaponiyanın dövlət televiziyasının xəbərinə görə, çörəyin məxsus olduğu PASCO şirkətinin paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbi ilə dayandırılıb.

Qeyd edək ki, Yaponiyanın tanınmış çörək istehsalçılarından olan “PASCO Shikishima”nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.

Əsmətxanım 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!