Çovdarovun işi icraata daxil olmayıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Çovdarovun işi icraata daxil olmayıb - Rəsmi

Kriminal

30 Mart 2022 21:24 505


Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, məlumatda bildirilib ki, kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş cinayət işi indiyədək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmayıb.

Qeyd olunub ki, həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsindən kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib. Dördpendirli pizza

Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya qərarını elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!