COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edildi

Hadisə

22 Oktyabr 2021 23:12 1148


Bakıda və respublikamızın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, COVİD - 19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib. COVİD - 19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır.  pizza mizza

O həm də şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!