“Çox möhtəşəm kluba gəlmişəm” – “Qarabağ”ın yeni transferi

saytların hazırlanması

Evə çatdırılma

“Çox möhtəşəm kluba gəlmişəm” – “Qarabağ”ın yeni transferi

İdman

16 İyul 2019 09:34 1239


"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlamasında bildirib:

Mərakeşli müdafiəçi ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini söyləyib:

"Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumat var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klubları ilə oynayan zaman da klub haqda çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

Qeyd edək ki, "Qarabağ" 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!