“Çoxlarımız hələ də bu qələbənin miqyasını və gələcək təsirlərini bilmirik”

saytların hazırlanması

Evə çatdırılma

“Çoxlarımız hələ də bu qələbənin miqyasını və gələcək təsirlərini bilmirik”

Siyasət

17 Oktyabr 2020 18:26 2300


"Uca Allahdan Gəncə şəhərində həlak olmuş vətəndaşlarımıza rəhmət, yaralılara isə şəfa diləyirəm. Bəli, baş verən hadisə böyük faciədir. Prezidentin elanından sonra bir daha əmin oldum ki, döyüş meydanında tam məğlubiyyətə uğramış hiyləgər düşmən başını tam itirib və özünü dünyada rüsvay edən addımlara əl atır. Ən möhkəm istehkamlarını itirən düşmən artıq nə edəcəyini də bilmir. Bunu Müdafiə Nazirliyinin son videoları sübut edir. Tezliklə Ermənistanın özündə də xaos olacağına heç bir şübhəm yoxdur!".

Yenisabah.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışını diqqətlə dinlədim. Bir daha əmin oldum ki, Azərbaycan Xalqı və İlham Əliyev kimi Komandan hökmən qısa bir zamanda torpaqlarımızı murdar düşməndən tam azad edəcək! Bu qələbə Azərbaycanın tək Ermənistan və onun hiyləgər müttəfiqləri üzərində deyil, həm də bütün dünya erməniliyi üzərində qələbədir. Çoxlarımız hələ də bu qələbənin miqyasını və gələcək təsirlərini bilmirik. Tam səmimi deyirəm, mən həmişə Qarabağın azad olunacağına inanırdım, ancaq bu cür böyük, misilsiz qələbəni təsəvvür etmirdim! Bilin ki, bu qələbədən sonra Azərbaycan Xalqına və Dövlətinə bütün dünyanın münasibəti dəyişəcək! Marqarita pizza

Ali Baş Komandan İlham Əliyevin çıxışında Azərbaycan Xalqına tam güvən və Qələbəyə tam əminlik gördüm. Bu çıxışı lupa ilə izləyən ermənilər və tərəfdarları orada ilişmək üçün bir cümlə belə tapa bilməzlər. Bundan sonra da Milli Birliyimizi, qələbəyə inamımızı sona qədər qorumalıyıq! Bu günləri gördüyümə görə Uca Allaha, Ali Baş Komandanımıza və Şanlı Ordumuza sonsuz minnətdarlığımı bildirirəm!" - A.İsmayılov qeyd edib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!