Cüdo Federasiyası mərhum jurnalist haqda yazısı - “Cənab No Problem“

saytların hazırlanması

Evə çatdırılma

Cüdo Federasiyası mərhum jurnalist haqda yazısı - “Cənab No Problem“

İdman

20 Oktyabr 2021 10:25 921


Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytı dünyasını dəyişən jurnalist Elnur Əşrəfoğlu ilə bağlı yazı yayımlayıb.

Yenisabah.az xəbər verir ki, yazı "Cənab No Problem dünyasını dəyişdi" adlanır.

Yazıda E.Əşrəfoğlunun bir jurnalist və Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi kimi fəaliyyətindən ətraflı bəhs edilib. Dördpendirli pizza

O, gülərüz, pozitiv insan kimi səciyyələndirilib.

"Yayımla bağlı çətinliklər var... O deyirdi ki, problem yoxdu, həll olunar. Zəif internet var? Problem yoxdur, həll edilər. Otelin restoranı gecə uzun iş rejimindən sonra bağlıdır? O deyirdi ki, problem yoxdur, həll olunar. Elnur həmişə yanımızda olurdu və hər dəfə eyni cavabı verirdi. O, təşkilati işlərlə bağlı yaranan problemləri həll edirdi" - deyə yazıda bildirilir.

Xatırladaq ki, E.Əşrəfoğlu dünən 47 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!