Cüdoçularımız 34 ölkdə arasında ikinci yeri tutdu

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız 34 ölkdə arasında ikinci yeri tutdu

İdman

19 Fevral 2022 21:47 935


Cüdo üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində keçirilmiş Böyük Dəbilqəni 34 ölkə arasında 2-ci pillədə başa vurub.

Yenisabah.az xəbər verir ki, yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Yalnız Rüfət İsmayılov (90 kq) və Uşangi Kokauri (+100 kq) 1/4 finaladək irəliləməyi bacarmayıb. Toyuqlu pizza

Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.

Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!