Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdular

İdman

01 İyun 2025 23:59 565


Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən böyüklər arasında Avropa Kubokunu 4 medalla başa vurublar.

Yenisabah.az xəbər verir ki, yarışın sonuncu - ikinci günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.

48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. O, finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva bürünc medala sahib çıxıb. Dördpendirli pizza

52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala yiyələnib. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.

Xatırladaq ki, yarışın ilk günündə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalmışdı.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!