Cüdoçularımız Tel-Əvivə yollandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Tel-Əvivə yollandı

İdman

15 Fevral 2022 14:38 695


Cüdoçularımız Tel-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirinə yola düşüblər.

Gənclər və İdman Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində növbəti yarışa İsrail ev sahibliyi edəcək.

Fevralın 17-19-da cüdoçularımız Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar. Dominos pizza

Dünyanın 34 ölkəsindən 309 idmançının qatıldığı turnirdə Azərbaycan Milli yığma komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcək. Komandanın üzvlərini sizə təqdim edirik:

-60 kq.

Kəramət Hüseynov

Balabəy Ağayev

-66 kq.

Yaşar Nəcəfov

-73 kq.

Rüstəm Orucov

Hidayət Heydərov

-81 kq.

Murad Fətiyev

-90 kq.

Məmmədəli Mehdiyev

Rüfət İsmayılov

-100 kq.

Zelym Kotsoyev

Elmar Qasımov

+100 kq.

Uşangi Kokauri

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!