İsveçrə çempionatında 19-cu turun oyunları keçirilib.
Yenisabah.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. pizza
Qeyd edək ki, “Qrasshopper” 19 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cıdır.
İsveçrə çempionatı, 19-cu tur
"Qrasshoper" - "Bazel" - 1:0
Qol: Kavabi, 90+4
Telegram kanalımız