Dağıntılar altında qalanlar arasında futbolçu da var

Dağıntılar altında qalanlar arasında futbolçu da var

İdman

06 Fevral 2023 13:13 560


Qardaş Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələnin dağıntıları altında qalanlar arasında 1-ci liqa təmsilçisi "Yeni Malatyaspor"un qaıçısı Ahmet Eyüp Türkaslan da var. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ötən  ilin noyabr ayında ailə quran Ahmetin həyat yoldaşı dağıntılar altından çıxarılıb. 28 yaşlı futbolçunun xilasolunması üçün də işlərin getdiyi bildirilib. 

Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!