Dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

saytların hazırlanması

Evə çatdırılma

Dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

Sosial

11 Mart 2019 16:14 872


Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir. Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın  Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə  qarölçmə işləri aparır.

Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!