“Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik” - NATO-nun Baş katibi

saytların hazırlanması

Evə çatdırılma

“Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik” - NATO-nun Baş katibi

Siyasət

21 Oktyabr 2020 21:40 1709


NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, - deyə NATO Baş katibi bildirib. pizza mizza

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!