Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olundu

Sosial

18 Aprel 2020 16:17 747


Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə hazırda ödənişli işlərdə çalışan 37 min işçidən əlavə, daha 10 min şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub. 

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir.  Sezar pizza

Yeni ödənişli ictimai iş yerlərinin yaradılması pandemiya ilə əlaqədar ölkədə əhalinin məşğulluq imkanlarının artırılmasına xidmət edir və proses gündəlik olaraq davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!