Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı verdi

saytların hazırlanması

Evə çatdırılma

Daha 3 bitərəf deputat seçkidə iştirak qərarı verdi

Siyasət

19 İyul 2024 11:00 654


Daha 3 bitərəf deputat seçkilərdə iştirak etmək barədə qərar verib. 

VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək. Bu barədə onlar Modern.az-ın sorğusuna cavab olaraq məlumat veriblər. 

Jalə Əliyeva saytımıza açıqlamasında bildirib ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacaq. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.  pizza sifarişi

Novruzəli Aslanov isə 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib. 

VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 89 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!