Daha bil rayonda əməliyyat: Həbs olunanlar var

saytların hazırlanması

Evə çatdırılma

Daha bil rayonda əməliyyat: Həbs olunanlar var

Kriminal

15 Avqust 2025 11:23 2078


Yasamalda narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. pizza mizza

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NARKOTACİRLƏRLƏ MÜBARİZƏ ƏVƏZİNƏ NARKOTİKLƏRİN ÖLKƏYƏ DAXİL OLMA,,YOLLARI ,BAĞLANMALIDIR. YOXSA MÜBARİZƏ EFFEKTLİ OLMAYACAQ.
    9 months ago