Daha bir məktəbdə ayaqyolu problemi var - VİDEO 

Daha bir məktəbdə ayaqyolu problemi var - VİDEO 

Sosial

17 Yanvar 2023 12:43 571


Ucar rayonu Qarabörk kənd sakini Qasımov Kamil Fərhad oğlu uşaqlarının oxuduğu Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə ayaqyolu və istilik problemlərindən şikayətçidir: 

"Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdədir. Hətta tualetin qapısı, əl yumaq üçün suyu və "moykası" yoxdur. Həm qızlar, həm də oğlanlar üçün olan ayaqyolunun heç biri təmizlənmir deyə antisanitariya hökm sürür...". 

Şikayətçi yazır ki, məktəbin bir hissəsində istilik sistemi (kombi) var, ancaq ibtidai siniflərin olduğu digər hissədə yoxdur: "Buna görə o siniflər odunla qızdırılır. Bəzən odun olmayanda siniflər qızdırılmır. 

Qeyd edim ki, Ucar şəhər 5 nömrəli orta məktəbin binası köhnə olduğu üçün həyətində yeni məktəb binası inşa olunaraq istifadəyə verilib. Ancaq köhnə bina sökülmədi. Ki, orada ibtidai sinif şagirdlərinə dərs keçiləcək..." 

Məsələ ilə bağlı Mərkəzi Aran Regional İdarıəsindən mövqe öyrənə bilmədik./Mia.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!