Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi "KİA” markalı avtomobillə dairədə "MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.
Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.
Telegram kanalımız