Daha bir prezidentə sui-qəsd cəhdi oldu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir prezidentə sui-qəsd cəhdi oldu

Dünya

22 İyul 2021 13:24 1059


Madaqaskar Prezidenti Andri Radzuelinaya qarşı sui-qəsd təşkil edilib.

Yenisabah.az xarici KİV-ə istinadla xəbər verir ki, hakimiyyət orqanları dövlət başçısına sui-qəsd cəhdinin qarşısını alıb.

Hadisə ilə əlaqədar bir neçə əcnəbi, o cümlədən Madaqaskar sakini həbs olunub. pizza sifarişi

Ölkə prokurorluğunun yaydığı məlumata görə, əməliyyat nəticəsində fransız mənşəli Madaqaskar sakini Pol Rafanoharana və Fransa vətəndaşı Filipp Fransua saxlanılaraq nəzarət altına alınıb. Pol Rafanoharana evində, Filipp Fransua isə Fransaya uçmağa cəhd edərkən yerli hava limanında həbs olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!