Daha bir qurumda əməliyyat: Yüksək vəzifəli şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qurumda əməliyyat: Yüksək vəzifəli şəxs saxlanıldı

Kriminal

21 İyun 2022 18:37 1993


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Yenisabah.az xəbər verir ki, İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib. Marqarita pizza

Banker.Az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı təsdiq ediblər.

Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!