Daha bir tanınmış jurnalist ATV-dən getdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir tanınmış jurnalist ATV-dən getdi - Foto

Sosial

10 İyun 2020 20:16 4892


“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı telekanalla yollarını ayırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. 

N.Sadıqlı səhhətindəki problemə görə işdən ayrıldığını bildirib: Marqarita pizza

"Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!