Əfqanıstanda daha iki əyalət “Taliban” Hərəkatının nəzarətinə keçib.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Taliban” Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz və ölkənin şimalında yerləşən Cauzcan əyalətlərinin nəzarətlərinə keçdiyini bəyan edib.
Əfqanıstanın "Tolo News" telekanalı da döyüşlərin getdiyi Cauzcan əyalətinin mərkəzi Şiberqan şəhərinin artıq “Taliban” Hərəkatının nəzarətinə keçdiyi və bununla əlaqədar şəhərdə radio və televiziya yayımının dayandığı barədə məlumat yayıb. Toyuqlu pizza
Telegram kanalımız