Daha ölümcül virus: hələlik 42 nəfər vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Daha ölümcül virus: hələlik 42 nəfər vəfat edib

Dünya

31 Avqust 2021 18:03 1408


Banqladeşdə tədqiqatçılar "Denge" qızdırmasının daha yoluxucu və ölümcül variantı olan "DENV-3" ün dominant növ olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "Denge" qızdırmasının sürətlə yayıldığı ölkədə yoluxucu virusun mahiyyəti ilə bağlı araşdırmalar davam edir.

Banqladeş Elmi və Sənaye Araşdırma Şurasının (BCSIR) paytaxt Dəkkədəki laboratoriyasında aparılan işlər çərçivəsində 20 xəstədən alınan virus nümunələrinin genom ardıcıllığı araşdırılıb. Pepperoni pizza

"Denge" qızdırmasının daha yoluxucu və ölümcül variantı olan “DENV-3”ün 20 virus nümunəsinin hamısında aşkarlandığını bildirən tədqiqatçılar, bu variantın Dəkkə və ölkənin digər bölgələrində dominant növ olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu il avqustun 29-dan etibarən Banqladeşdə denge xəstəliyinə tutulan 9.857 nəfər xəstəxanaya yerləşdirilib, virusa yoluxan 42 nəfər isə həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!