Damla aparıcıları pərt elədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Damla aparıcıları pərt elədi - Video

Şou

07 Noyabr 2023 13:10 4363


Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova efirdə aparıcılara etiraz edib. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu "Rəngarəng səhər" verilişində aparıcıların ondan geyindiyi paltarı və taxdığı aksesuarların qiymətini öyrənməsi olub. 

Aparıcının "Verilişə gələndə geyim və aksesuarlarınıza nə qədər pul xərcləmisiniz" sualını eşidən Damla əsəbiləşib:  Dördpendirli pizza

"Sizin dəvətinizi qəbul edib, sevərək verilişinizdə qonağam. Amma çox istərdim ki, söhbətlərimizin dəyəri olsun. Paltarımın, taxdığım aksesuarların, ayaqqabımın qiyməti əminəm ki, heç kimə maraqlı deyil.

Düşünürəm ki, insanlar saxta olan müsahibələrdən, yersiz pafoslu çıxışlardan doyublar. Daha səmimi, mənalı, gözəl şeylər görmək və dinləmək istəyir tamaşaçı".

Onun bu çıxışından sonra verilişin aparıcıları sözügedən rubrikanı kənara qoyub, başqa mövzuya keçməli olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!