Damla boşanma səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Damla boşanma səbəbini açıqladı

Şou

09 Mart 2024 19:45 9797


Müğənni Damla "Zaurla günaydın" verilişində şəxsi həyatından danışıb.

Yenisabah.az Teleqraf.com-a istindən xəbər verir ki, Damla keçmiş həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb:

"Mən 17 yaşımda ailə qurmuşdum, evlilik həyatım iki-üç il davam etdi. Amma rəsmi boşanmaq məsələsi gec oldu. Keçmiş həyat yoldaşımdan ayrılmağıma səbəb ailə daxili problemlər oldu. Oğluma görə keçmiş həyat yoldaşımla münasibətimiz var, onun atasıdır. Xaricə gedəndə sənədlərini birlikdə hazırladıq, yola saldıq. Əlbəttə, hər şeydə atası dəstək oldu. Keçmiş həyat yoldaşım ailə qurub, övladları var. Bəzən oğlum mənə şəkil atır ki, bacım-qardaşım var. Valideynlər arasında anlaşılmazlıq varsa, buna uşaq nə etsin?!". pizza

Damla ikinci dəfə ailə qurmasından da danışıb: "Ailə qurmaq fikrim yoxdur. İnsan təkliyə öyrəşir və illər keçdikdən sonra qəbullanmağa başlayır. İki-üç ildən sonra oğlumu evləndirməyi düşünürəm. Ailə qursam rəsmi qaydada olmasını istəyirəm. Övladım olacaqsa, rəsmi nikahdan olsun".

Qeyd edək ki, Damla C.Əliyev adlı şəxslə ailəli olub. Həmin evlilikdən bir oğlu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!