Danimarka koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

saytların hazırlanması

Evə çatdırılma

Danimarka koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

Dünya

27 Avqust 2021 16:50 833


Danimarka sentyabrın 10-dan etibarən koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə idarəsinin məlumatında deyilir.

Hazırda Danimarka dünyada ən yüksək vaksinləmə səviyyəsinə malik ölkələrdən biridir. 12 yaşdan yuxarı hər 5 vətəndaşdan 4-ü peyvənd olunub. Bu səbəbdən, hökumət COVID-19-u daha cəmiyyət üçün kritik xəstəlik kimi təsnifatlandırmır. pizza

Hazırda ölkə xəstəxanalarında COVID-19-a yoluxmuş 127 nəfər müalicə alır. İndiyədək 2 573 Danimarka vətəndaşı xəstəliyin qurbanı olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!