ABŞ-nin yeni prezidenti Donald Trampın Qrenlandiyanı satın almaqla bağlı təkidlərindən sonra Danimarka qabaqlayıcı tədbirlər görməyə başlayıb.
Yenisabah.az xəbər verir ki, rəsmi Kopenhagen adanın müdafiə xərclərini 1.5 milyard dollara qaldırıb.
2.1 milyon kvadratkilometr ərazidən ibarət olan Qrenlandiya adası Danimarkanın suveren mülküdür. Ərazisinin mütləq əksəriyyətini buzlaqların təşkil etdiyi adada təxminən 60 min əhali yaşayır. pizza mizza
Qrenlandiyanın ABŞ tərəfindən satın alınması fikri Trampın birinci prezidentliyi dövründə də gündəmdə idi. Sözügedən məsələ Vaşinqton və Kopenhagen arasında siyasi krizisə səbəb olmuşdu.
Telegram kanalımız