Polşa "Legiya"sında çıxış edən millimizin üzvü Mahir Emreli ilə Danimarka "Kopenhagen"i maraqlanır.
Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın "MSV Foot" səhifəsinin "Tvitter" hesabı yazıb. 24 yaşlı hücumçunun sözügedən klubun diqqət mərkəzində olduğu yazılıb.
Qeyd edək ki, M.Emreli bu mövsüm bütün turnirlərdə 20 oyunda 10 qol vurub. pizza sifarişi
Xatırladaq ki, Mahir Emreli yayda "Qarabağ"dan ayrılaraq "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. O, 2017/2018 mövsümündə Ağdam təmsilçisinin "Kopenhagen"ə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yeganə qolun müəllifi olub.
Telegram kanalımız