Danışıqlarda Türkiyənin iştirakına dair Peskovdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Danışıqlarda Türkiyənin iştirakına dair Peskovdan açıqlama

Siyasət

27 Oktyabr 2020 16:22 2082


"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə istənilən ölkənin cəlb olunması Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişə ilə bağlı danışıqların növbəti mərhələsinə Türkiyənin qoşulub-qoşulmaması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu məsələ yalnız münaqişə tərəflərinin razılığı əsasında ola bilər: pizza mizza

“Burada iki tərəfin, Azərbaycan və Ermənistan nəzər nöqtəsi vacibdir. Yalnız münaqişə tərəfləri tənzimləmə prosesinə bu və ya digər dövlətin qoşulmasına razılıq verə və ya dəstəkləyə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!