“Danışmağa imkan vermirdin” - İslamdan Mətanətə

“Danışmağa imkan vermirdin” - İslamdan Mətanətə

Şou Veb saytların hazırlanması

18 Sentyabr 2023 14:45 531


Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı" şousundan ayrılıb. 

Axşam.az-ın məlumatına görə, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar. 

Çarxda İslamın Mətanətə "Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış" deməsi diqqət çəkib. 

Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu. 

Qeyd edək ki, İslam "Space TV"də tamaşaçıların qarşısına çıxır. O, "Salamlar" adlı səhər proqramına aparıcılıq edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!