Artıq illərdir ki, ən çox üstünlük verilən investiya daşınmaz əmlak alışıdır. Vətəndaşların bir çoxu, əllərində olan irihəcmli valyutanı daha çox ev, mənzil, obyekt kimi əmlak növlərinə yatırmağı daha təhlükəsiz hesab edirlər. Bəziləri isə pullarını ənənəvi formada “yastıq altında” saxlamağı seçir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda ən yaxşı investisiya növü banklara depozitlə pul yerləşdirməkdir:
“Bu barədə danışmaq bir az çətindir. İnvestasiya məsləhəti insanları çaşdıra bilər. İnsanların özləri qərar verməlidir ki, məsələhət verən şəxs nifrət obyekti olmasın. Sezar pizza
Mən düşüncəm budur ki, indiki dövrdə Azərbaycanda ən optimal variant dövlət, yaxud böyük banklarda depozit yerləşdirməkdir. Bu şəkildə investisiyaları qorumaq mümkündür. Hazırda 11, hətta 12 faiz depozitlə pul yerləşdirmək olur”.
Ekspertin fikrincə, qızıl və kriptovalyutaların qiyməti dəyişkəndir və belə yatırım təhlükəlidir:
“Qızılın qiyməti isə çox oynaqdır. Son vaxtlar hətta biraz aşağı da düşdü. Kriptovalyutalar da belədir. 108 min dollara qədər bahalaşan “bitcoin” bu gün 87 min dollardır. Birdən-birə 20 min ucuzlaşma kifayət qədər sərt düşüşdür.
Ümumiyyətlə, kriptovalyutalar həddən artıq spekuliyativ və təhlükəli bir aktivdir. Ona görə insanlar bu mövzuda özləri qərar versələr daha doğru olar. Amma düşünürəm ki, hələlik ən yaxşı yol dövlətin daha çox önəm verdiyi banklarda depozit yerləşdirmək daha sərfəlidir”.
Nazim Hacıyev
Telegram kanalımız