Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir

saytların hazırlanması

Evə çatdırılma

Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir

Dünya

28 Yanvar 2025 13:28 143


Ankarada yanvarın 29-da keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin (XİN) üçtərəfli görüşünün gündəliyi əməkdaşlığın demək olar ki, bütün aspektlərini əhatə edir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Özbəkistan xarici işlər nazirinin müşaviri, mətbuat katibi Ahror Burxanov deyib.

O bildirib: "Görüşün gündəliyi çox zəngindir. Bu platformanı ölkələrimiz arasında istifadə olunmamış böyük potensialın reallaşdırılması üçün çox vacib meydan hesab edirik". Dominos pizza

A.Burxanov vurğulayıb ki, hazırda bu formata digər ölkələrin cəlb edilməsi məsələsi nəzərdən keçirilmir.

"2025-ci ildə müxtəlif səviyyələrdə bir sıra tədbirlər və səfərlər planlaşdırılır", - o, Bakı və Daşkənd arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.

Xatırladaq ki, Azərbaycan, Özbəkistan və Türkiyə XİN başçıları səviyyəsində ilk görüş 2022-ci il avqustun 2-də Özbəkistanda keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!