Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü

Kriminal

21 Sentyabr 2025 09:04 424


Daşkəsən rayonunda kişi evə gec gələn arvadını döyüb.

Yenisabah.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zağalı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Seymur Əliyevin həyat yoldaşının qohumları onlara qonaq gəlib. Səhəri gün qohumlar şəhərə gəzməyə getmək istədiyini deyiblər. S.Əliyevin işi olduğu üçün o, həyat yoldaşının onlarla gəzməyə getməsinə icazə verib. S.Əliyev özü isə şəxsi işlərinin arxasınca gedib. Dominos pizza

Axşam saatlarında sərxoş vəziyyətdə evə qayıdan S.Əliyev həyat yoldaşını və qonaqları evə qayıtmadığını görüb, onlara zəng vurub. O, həyat yoldaşından evin açarlarının yerini soruşub. Həyat yoldaşı evin açarlarının yerini desə də, S.Əliyev açarları tapmayıb və onları gözləyib.

Qadın evə gəlib və açarları dediyi yerdən götürüb qapını açıb. Evə daxil olan cütlük arasında mübahisə başlayıb. Mübahisə nəticəsində S.Əliyev həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.

Qadın hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.

Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!