Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.
“RİA Novosti” xəbər verir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib. Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər. Dördpendirli pizza
Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb. /Oxu.az
Telegram kanalımız