“Əsəd cənab Ərdoğanın çağırışlarına təkəbbürlə cavab verdi”.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş nazir Ahmet Davutoğlu bildirib.
Hazırda Gələcək Partiyasının sədri olan Davutoğlu jurnalist Cüneyt Özdemirin "YouTube" kanalında yayımlanan efirdə Suriyadakı son hadisələrdən danışıb. Pepperoni pizza
“Əsəd cənab Ərdoğanın çağırışlarına təkəbbürlə cavab verdi”, - deyən Davudoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədə dialoq çağırışları və aldığı mənfi cavablara toxunub:
“İndi müəyyən mənada, bu təkəbbürlü cavabların bədəlini ödəyir. Əgər Əsəd Türkiyə ilə razılaşaraq həll yolu axtarsaydı, hələ də Dəməşqdəki təsirli mövqeyini qoruyub saxlayacaqdı.
Əsəd öz xalqı ilə döyüşməyə üstünlük verdiyini” iddia edən Davutoğlu son günlər müxalif silahlıların nəzarətinə alınan Hələbin “Suriya məzhəb rejiminə qarşı” olduğunu iddia edib.
Telegram kanalımız