Daxili İşlər Nazirliyi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əhaliyə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, müraciətdə nazirlik vətəndaşlara təşəkkürünü bildirib:
“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğunuz yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk! Dominos pizza
Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirəcəksiniz.
Bir daha təşəkkür edirik!”.
Telegram kanalımız