Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də yarımfinal mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyununda Argentina və Xorvatiya yığmaları qarşılaşıb. "Lusail" stadionunda keçirilən oyunda Argentina 3:0 hesabı ilə qalib gəlib və ilk finalçı olub.
Argentina mundialın həlledici qarşılaşmasında Fransa - Mərakeş duelinin güclüsü ilə üz-üzə gələcək. Xorvatiya ilə 3-cü yer uğrunda görüşdə sözügedən duelin məğlubu ilə qarşılaşacaq. Sezar pizza
Qeyd edək ki, yarımfinalın digər matçında sabah Fransa millisi Mərakeşi sınağa çəkəcək. Final oyunu isə dekabrın 18-də olacaq.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya - 3:0
Qollar: Lionel Messi, 34-pen, Xulian Alvares, 38, 69
Baş hakim: Daniele Orsato (İtaliya)
"Lusail" stadionu
Telegram kanalımız