DÇ-2022: Bürünc medal uğrunda mübarizə başlayır

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022: Bürünc medal uğrunda mübarizə başlayır

İdman

17 Dekabr 2022 09:23 845


Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçiriləcək.

Yenisabah.az-ın məlumatına görə, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb. Pepperoni pizza

Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. "Damalılar" ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.

Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

DÇ-2022

3-cü yer uğrunda oyun

17 dekabr

19:00. Xorvatiya - Mərakeş

Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)

"Xəlifə" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!