DÇ-2022-də Braziliyanın oynadığı stadion sökülür 

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022-də Braziliyanın oynadığı stadion sökülür 

İdman

07 Dekabr 2022 14:29 795


Qətərdə xüsusi olaraq DÇ-2022 üçün inşa edilən "974" adlı stadion fəaliyyətini dayandırıb. 

Yenisabah.az xəbər verir ki, bu arenada son olaraq 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya görüşü keçirilib. Bundan sonra, əvvəlcədən də nəzərdə tutulduğu kimi, idman qurğusunun Qətərdəki fəaliyyətinə son verilib.

Qeyd edək ki, modul tipli arenanın "974" adlandırılması onun eyni sayda konteynerden inşa edilməsi ilə əlaqədardır. O, dünya tarixinə ilk sökülüb-tikilən arena olaraq düşə bilib. Arena mundialda 7 oyuna ev sahibliyi edib. Pepperoni pizza

Xarici mətbuatın yazdığına görə, Qətərin dənizçilik və ticarət ənənəsindən ilhamlanaraq hazırlanan "974"in konteynerləri tam söküldükdən sonra Tunis Respublikasına hədiyyə ediləcək. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!