DÇ-2022-də daha bir sensasiya: İran Uelsi məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022-də daha bir sensasiya: İran Uelsi məğlub etdi

İdman

25 Noyabr 2022 16:14 893


DÇ-2022-də daha bir sensasiya yaşanıb.

Yenisabah.az xəbər verir ki, turnirin B qrupunda keçirilən İran-Uels maçında cənub qonşumuz 2:0 hesabı ilə qələbə qazanıb.

“Fars bəbirləri” oyunda üstünlüyü ikinci hissəsin son dəqiqələrində ələ ala biliblər. Uelsin qapçısı Ueyn Hennessinin 86-cı dəqiqədə qırmızı kartla cəzalandırılmasından sonra oyunda ilk qolu 90+8-ci dəqiqədə İran millisinin müdafiəçisi Ruzbeh Çeşmi vurub. “Əjdahalar”ın qapısına 90+11-ci dəqiqədə yol tapan ikinci oyuncu isə Ramin Rezeayan olub. Sezar pizza

Bununla da İran millisi İngiltərə məğlubiyyətindən sonra Uels üzərindəki qələbəylə qrupdakı yerini bir qədər möhkəmləndirə bilib.

Xatırladaq ki, İran millisi bu dəfə dövlət himnini oxuyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!