DÇ-2022-də erkən final: Fransa İngiltərə ilə üz-üzə gəlir

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022-də erkən final: Fransa İngiltərə ilə üz-üzə gəlir

İdman

10 Dekabr 2022 09:16 745


Bu gün Qətərdə təşkil olunan futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsind daha iki iki oyun keçiriləcək.

Yenisabah.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq. Dördpendirli pizza

Futbol mütəxəssisləri bu gün oynanılacaq İngiltərə-Fransa matçını erkən final da adlandırırlar.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!