2022-ci il Qətərdə keçirilən Dünya Çempionatının C qrupunda baş tutan Argentina-Səudiyyə Ərəbistanı matçı Latın Amerikası təmsilçilərinin məğlubiyyətə ilə yadda qalıb.
Yenisabah.az xəbər verir ki, argentinalılar bu matçda ərəbistanlı futbolçulara 2:1 hesabıyla məğlub olub.
10-cu dəqiqədə Leo Messinin penaltidən vurduğu qol nəticəsində önə keçən “La Albiceleste” bundan sonra təşəbbüsü ələ almağa çalışsa da, bunu bacarmayıb.
23-cü dəqiqədə Leo Messinin oyundan kənar vəziyyətə düşməsi nəticəsində qapıya vurduğu zərbənin torlarları silkələməsinə baxmayaraq, hakim bu qolu qeydə almayıb.
28-ci dəqiqədə argentinalı Lautaro Martinez də Messi ilə eyni qiibəti yaşayıb və onun vurduğu qol da oyundan kənar vəziyyətdə olduğuna görə, qeydə alınmayıb.
İkinci hissəsinin başlanğıcında, daha dəqiq desək, 48-ci dəqiqədə “Yaşıl Şahin”lərin nümayəndəsi Saleh Əl Şəhri hesaba bərabərlik gətirərək oyuna yenidən start verib. Oyunda son nöqtəni isə Salem Al Dosari 53-cü dəqiqədə atdığı qolla qoyub.
Hakimin ikinci hissəsinin əlavə vaxtına 9 dəqiqə ayırmasına baxmayaraq, Argentina yığması rəqib qapısına yol tapa bilmədiyinə görə, ilk matçında məğlubiyyətlə üzləşib: Argentina 1:2 Səudiyyə Ərəbistanı.
Beləliklə, Argentinanın 35 oyunluq məğlubedilməzlik seriyası sona çatdı. Rekord isə 36 oyun ilə hələ də italyanlara məxsus olaraq qalır.
Rafi MÜSLÜMOV
Telegram kanalımız