Qətərdə noyabrda başlayan futbol üzrə dünya çempionatı davam edir. Bu gün 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Yenisabah.az xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə qarşılaşacaq.
"Al Tumama" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.
Günün digər matçı isə İngiltərə və Seneqal yığmaları arasında baş tutacaq. Oyun Bakı vaxtı ilə 23.00-da başlayacaq.
4 dekabr
19:00. Fransa - Polşa
23:00. İngiltərə - Seneqal
Xatırladaq ki, ötən gün keçirilən oyunların nəticəsində Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.
Telegram kanalımız