DÇ-2022-nin ən yaxşı qolunun müəllifi məlum oldu

DÇ-2022-nin ən yaxşı qolunun müəllifi məlum oldu

İdman

23 Dekabr 2022 15:34 746


Braziliya yığmasının hücumçusu Riçarlison DÇ-2022-nin ən yaxşı qolunun müəllifi olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Tottenham”in hücumçusu qrup mərhələsinin ilk turunun Serbiya ilə görüşündə (2:0) dubla imza atıb. Riçarlison ikinci qolu “qayçı” zərbəsi ilə vurub.

Məhz bu qolu azarkeşlər FIFA-nın saytında ən yaxşı qol olaraq seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!