DÇ-2022: Portuqaliya və İsveçrə start heyətləri açıqladı, Ronaldo ehtiyatda qaldı

DÇ-2022: Portuqaliya və İsveçrə start heyətləri açıqladı, Ronaldo ehtiyatda qaldı

İdman

06 Dekabr 2022 22:20 456


Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kristiano Ronaldonu ehtiyatda saxlayıb.

Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!