DÇ: Bu gün hansı oyunlar gözlənilir?

DÇ: Bu gün hansı oyunlar gözlənilir?

İdman

22 Noyabr 2022 11:12 564


Noyabrın 22-də mundialda 4 qarşılaşma keçiriləcək.

Yenisabah.az xəbər verir ki, mübarizənin C qrupunda Dünya çempionatının favoritlərindən olan Argentina ilk turda Səudiyyə Ərəbistanı ilə saat 14:00-da qarşılaşacaq. Saat 20:00-da isə Meksika Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionatın D qrupunda isə Danimarka saat 17:00-da Tunisi, Fransa isə saat 23:00-da Avstraliyanı qəbul edəcək.

Ötən gün, noyabrın 21-də isə mundialda 3 oyun baş tutub: B qrupunda yer alan İngiltərə İranı 6:2 darmadağın edərək çempionata start verib. A qrupunun digər oyununda isə Niderland Afrika təmsilçisi Seneqalı 2:0 hesabı ilə məğlub edib. Sadio Manenin yoxluğundan əziyyət çəkən Afrika təmsilçisi oyun boyu təşəbbüsü əlində saxlasa da, yekunda qalib tərəf avropalılar olub.

B qrupunda gecənin son matçı olan ABŞ-Uels görüşü isə heç-heçə başa çatıb - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!