Futbol üzrə Qətərdə keçirilən 22-ci Dünya Çempionatında sonuncu, üçüncü turun oyunlarına start verilir.
Yenisabah.az xəbər verir ki, son turda qrupların oyunları eyni vaxtda başlayacaq. A qrupunda Ekvador-Seneqal, Hollandiya-Qətər oyunları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, qrup liderləri Hollandiya və Ekvadordur. Onların hərəyə 4 xalı var. Seneqalın 3 xalı, Qətərin isə xalı yoxdur. Meydan sahiblərinin son matçı sadəcə formal xarakter daşıyacaq. pizza mizza
Saat 23:00-da isə İran-ABŞ, Uels-İngiltərə cütləri B qrupunda mübarizə aparacaq.
Bu qrupda turnir cədvəlinin lideri 4 xalla İngiltərədir. İranın 3 xalı var. Üçüncü yerdə 2 xalla ABŞ, sonuncu yerdə isə Uels bir xalla qərarlaşıb.
Telegram kanalımız