Bu gün, dekabrın 3-də Qətərdə keçirilən Dünya Çempionatının pley-off mərhələsinə start veriləcək.
Yenisabah.az xəbər verir ki, 1/8 finalın ilk oyunu saat Bakı vaxtilə 19:00-a təyin edilib.
A qrupunun qalibi Hollandiya yığması B qrupunda ikinci yeri tutan ABŞ komandası ilə mübarizə aparacaq. Sezar pizza
Saat 23:00-da başlayacaq günün digər oyununda isə C qrupunda birinci yeri tutan Argentina yığması D qrupunda ikinci olan Avstraliya komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, qrup liderləri olan Argentina və Niderland qrupu 2 qələbə və bir heç-heçəylə tamamlayıblar. ABŞ qrup mərhələsindən 1 qələbə, 2 heç-heçə, Avstraliya isə 2 qələbə, 1 məğlubiyyətlə çıxıb.
Telegram kanalımız